Qaraçıların ən böyük məhəlləsi belə söküldü - Fotolar

Qaraçıların ən böyük məhəlləsi belə söküldü - Fotolar
  30 May 2016    Oxunub:4158
Rusiyanın Tula şəhəri yaxınlığında yerləşən Plexanovo qəsəbəsindəki qaraçı məhəlləsi yerli icra orqanları tərəfindən sökülməyə başlayıb.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, qaraçılara evlərin və orada yerləşən obyektlərin sökülməsi ilə bağlı bir ay bundan öncə xəbərdarlıq edilmişdi. Lakin qaraçılar xəbərdarlığa məhəl qoymurdular.

Hazırda hadisə yerinə onlarla buldozer və asayışı qorumaq üçün 400-ə yaxın polis və əsgər yeridilib.

Qeyd edək ki, sökülən məhəllə Rusiyada qaraçıların məskunlaşdığı ən böyük məhəllə hesab edilir.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti