Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 29-da Fransaya səfər edəcək. Səfər zamanı Lavrovun fransız həmkarı Jan - Jak Eyro ilə Qarabağı müzakirə edəcəyi gözlənilir.
AzVision.az `RİA Novosti`yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.
Zaxarova, nazirin fransalı həmkarı ilə görüş keçirəcəyini vurğulayıb: “Görüşdə Dağlıq Qarabağ münaqişəsi, Ukrayna böhranı və Suriyadakı vəziyyət müzakirə olunacaq”.