Müflis olan milyarderlər - AST Telman birincidir

Müflis olan milyarderlər - AST Telman birincidir
  24 İyun 2016    Oxunub:42808
“Forbes” jurnalı Rusiyanın iflas etmiş 15 iş adamının siyahısını hazırlayıb.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, siyahıda “AST” Şirkətlər Qrupunun sahibi Telman İsmayılov birinci göstərilib. Onun 158,9 milyard rubl borcunun olduğu qeyd olunub.

Xatırladılır ki, onun borcu 2009-cu ildə “Çerkizov” bazarı bağlanandan sonra yaranmağa başlayıb.

Qeyd edək ki, siyahıda riskli biznes-plana görə iflasa uğramış Moskvadakı akvapark sahibinin, Sibir neftçisinin, Don sənayeçisinin və başqalarının adları var.

AzVision.az


Teqlər:  





Xəbər lenti