İrəvanda vəziyyət gərgindir - Qiyamçılardan yeni tələb
Qruplaşma üzvləri tibb işçilərinin əvəzinə səhiyyə naziri Armen Muradyanın onlara təslim olmasını tələb edib. Sonradan girovlardan biri azad olunub.
Xatırladaq ki, iyulun 17-də bir qrup silahlı şəxs post-patrul xidməti polkunun binasını ələ keçirərək oradakı insanları girov götürüb. Hücum nəticəsində 1 polis öldürülüb, 6 nəfər, o cümlədən 5 polis əməkdaşı yaralanıb. Binanı ələ keçirən silahlılar Prezident Serj Sarkisyanın istefasını və “Yeni Ermənistan” radikal müxalif İctimai Xilas Cəbhəsinin lideri Jirayr Sefilyanın azad olunmasını tələb edir.
İyulun 27-də Ermənistanın xüsusi təyinatlı dəstəsi qruplaşmanın ələ keçirdiyi binaya daxil olmağa cəhd göstərib. Əməliyyat nəticəsində qruplaşma başçısı Pavel Manukyan və onun oğlu güllə yarası alaraq xəstəxanaya aparılıb. Qruplaşmanın digər üzvləri Qaqik Yegiazaryan və Aram Akopyan isə könüllü olaraq hüquq-mühafizə orqanlarına təslim olub. (Azərtac)
AzVision.az