AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, imamın: "Ölkədə müsəlman və kafirin ayırd edilməsi lazımdır. Bir şəxs şəriəti söyüb, şəriəti istəmirsə, o insan kafirdir. Bu qədər sadə. Təcili olaraq kafirin tərifini müsəlmanlara vermək lazımdır. Dinə girib onu tərk etmək ehtimalı var. Bunu izah etməklə onların ağlına yerləşdirəcəyik. Bizim vəzifəmiz beyinlərini çatlataraq anlatmaqdır. Kimin müsəlman, kimin kafir olduğu bilinməlidir" açıqlaması müğənnini özündən çıxarıb.
X hesabından etdiyi paylaşımda Konakçıya reaksiya verən Mustafa Sandal "İndi biz kafir olduq, eləmi? Siz şarlatana oxşayan təxribatçısınız. Bu, Atatürk və silahdaşlarının qan tökərək qurduğu dünyəvi Türkiyə Cümhuriyyəti dövlətidir. Bu gün də, sabah da, əbədi olaraq da belə qalacaq. Get başqa yerdə nağılını danış", -deyə imama cavab yazıb.
Şahanə Rəhimli
AzVision.az