Sentyabr döyüşləri: Bu istehkam 20 dəqiqəyə alınmışdı - FOTOLAR

      Sentyabr döyüşləri:    Bu istehkam 20 dəqiqəyə alınmışdı -    FOTOLAR
  15 Sentyabr 2023    Oxunub:5157
2022-ci ilin sentyabrında həyata keçirilmiş “Qətiyyətli cavab” əməliyyatı Vətən Müharibəsindən sonra yaranmış yeni reallığın təsbit edilməsi baxımından son dərəcə əhəmiyyətli idi. Məhz həmin əməliyyatdan sonra - oktyabrın 6-da Praqada keçirilən görüşdə Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü Alma-ata Bəyannaməsi çərçivəsində, yəni keçmiş Azərbaycan SSR-nin sərhədləri üzrə tanıdıqlarını dilə gətirdi.
Ona qədər müharibədən 2 il keçsə də, Ermənistan rəhbərliyi Azərbaycanın sərhədlərini və ərazi bütövlüyünü tanımaqla bağlı heç nə deməmişdi. “Qətiyyətli cavab” onların dilini açdı.


Bundan başqa, bölgədə praktik olaraq Murovdan Araza qədər bütün strateji yüksəkliklər nəzarətimizə keçdi. İndi Ermənistanın bütün cənub zonasını adi gözlə tam müşahidə etmək olur.

Eyni zamanda, Kəlbəcəri gözləyən hərbi təhlükə aradan qaldırıldı.


Təqdim etdiyimiz fotolarda Kəlbəcərdəki Kömür (Gömür) dağının sol cinahındakı 2816 metr hündürlüyündə yaradılmış keçmiş erməni mövqelərini görürsünüz. 2022-ci ilin sentyabr ayının əvvəlində Kömür dağın sol ətəyində qurulan bu düşmən istehkamı "Qətiyyətli cavab" qisas əməliyyatı zamanı cəmi 20 dəqiqəyə bölmələrimizin nəzarətinə keçmişdi...

Fotolar 2022-ci ilin oktyabrında çəkilib.

"Qətiyyətli cavab" əməliyyatından sonra Laçından çəkilmiş fotolara buradan baxa bilərsiniz.



Hans Kloss
AzVision.az üçün


Teqlər: “Qətiyyətli-cavab”  





Xəbər lenti