Azərbaycana uçan lou-kosterlərin sayı artır

Azərbaycana uçan lou-kosterlərin sayı artır
  22 Sentyabr 2016    Oxunub:1786
Rusiyanın büdcə aviadaşıyıcısı "Pobeda" oktyabrın 31-dən Rostov-Bakı-Rostov marşrutu üzrə müntəzəm uçuşlara başlayır.
Bu barədə AzVision.az-a Dövlət Mülki Aviasiya Administrasiyasından məlumat verilib. Bildirilib ki, Dövlət Mülki Aviasiya Administrasiyası müvafiq icazəni sözügedən aviaşirkətin uçuşları həftədə 4 dəfə yerinə yetirmək, sorğusundan sonra verib. Uçuşların bazar ertəsi, çərşənbə, cümə və bazar günləri yerinə yetirilməsi planlaşdırılır.

Qeyd edək ki, bu, Azərbaycana uçuşlar yerinə yetirən artıq beşinci lou-kosterdir. Hazırda ölkəyə flydubai, WizzAir, Pegasus və airBaltic büdcə aviaşirkətləri uçuşlar həyata keçirir.

Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası həmçinin ölkə regionlarına uçuşlara başlanılması üçün bir sıra aviaşirkətlər ilə danışıqları davam etdirir.

AzVision.az


Teqlər:  





Xəbər lenti