Nazir dollar kreditlərindən danışdı: `Çətindir...`

Nazir dollar kreditlərindən danışdı: `Çətindir...`
  26 Sentyabr 2016    Oxunub:1868
Hökumət bank sektorunda baş vermiş problemlərlə əlaqədar bir sıra tədbirlər görməkdədir.
AzVision.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib. Onun sözlərinə görə, bu tədbirlərdən biri banklarda əmanəti olan əmanətçilərin maraqlarının qorunmasıdır:

"Bilirsiniz ki, "Əmanətlərin tam sığortalanması haqqında" qanun qəbul olundu və qüvvəyə mindi. Onu da bilirsiniz ki, Əmanətlərin Sığortalanması Fondunda vəsait çatmadıqda, belə hallar artıq baş verib, Mərkəzi Bank bu fonda kredit verib və o kreditə dövlət zəmanəti təqdim olunub. Dövlət zəmanəti vermək üçün Maliyyə Nazirliyinə səlahiyyət verilib. Bu dövlətin əmanətçilərə verdiyi dəstəkdir".

Hökumətin xarici valyutada krediti olanlara yardım etmək barədə səslənən fikirlərə gəlincə nazir bildirib: "Bu, borcalan və borcverən arasında olan münasibətlərə bağlıdır. Biz hər iki tərəf üçün, həm əmanətçi və kredit borcu olanlar üçün narahatıq, lakin biz bunlardan birinə yardım etdik, digər tərəfə yardım etmək dövlətə çətin olacaq", - deyə nazir bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti