3 bankın qorunmayan əmanətləri ödəniləcək

3 bankın qorunmayan əmanətləri ödəniləcək
  04 Oktyabr 2016    Oxunub:1508
Sığorta hadisəsi baş vermiş 9 bankdan 3 bank üzrə “Parabank” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, “Dekabank” ASC-nin qorunan əmanətçilərinin böyük əksəriyyətinə kompensasiyalar ödənilib və bu əmanətlər üzrə kompensasiyaların ödənişi artıq tamamlanmaq üzrədir.
Maliyyə Bazarlarına Nəzarət Palatasından AzVision.az-a verilən xəbərə görə, yaxın zamanlarda ləğvetmə prosesində olan sözügedən 3 bankın qorunmayan əmanətləri üzrə ödənişlərin başlanılması nəzərdə tutulur.

Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən 30 sentyabr 2016-cı il tarixinə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 32,675,532 manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1,705,056 manat, “Dekabank” ASC-nin 2,772,350 manat kompensasiya ödənilib.

Sözügedən 3 bank üzrə ümumilikdə 37,152,938 manat kompensasiya ödənilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti