`Bank Standard`da əmanətlər üzrə vəziyyət açıqlandı

`Bank Standard`da əmanətlər üzrə vəziyyət açıqlandı
  04 Oktyabr 2016    Oxunub:1806
Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən lisenziyası ləğv edilmiş “Bank Standard” QSC-də fiziki şəxslərin ümumi əmanətlərinin məbləği 603 mln. manatdır.
AzVision.az xəbər verir ki, bunu Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib. Onun sözlərinə görə, qorunan əmanətlərin cəmi 568 mln. manat, kompensasiya olunan əmanətləri isə 460 mln. manat təşkil edir:

`Qorunan əmanətçilərin sayı 138 min nəfərdir. Bu əmanətçilərdən 50 min nəfərin kompensasiya məbləği manatdan yuxarıdır. Bu günə “Bank Standard”da əmanətlərin məbləği 603 mln. manat, kompensasiya olunacaq məbləği 460 mln. manat təşkil etsə də, dolların məzənnəsindən asılı olaraq bu rəqəm dəyişə bilər. Əmanətlərin 62%-i dollarda və digər valyutalarda, 38%-i isə manatdadır`.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 30 sentyabr 2016-cı il tarixli qərarına əsasən "Bank Standard" QSC-nin lisenziyası 1 oktyabr 2016-cı ildən etibarən ləğv edilib.

AzVision.az




Teqlər:





Xəbər lenti