`Zaminbank` müflis elan edildi
Azad Cavadov əlavə edib ki, ləğvetmə prosesində olan “Zaminbank” ASC məhkəmə qərarı əsasında müflis elan edilib:
“Bank müflis olmazdan əvvəl onun nizamnamə kapitalında 1,7 mln. manatlıq pay sahibi olduğu “Başak İnam Sığorta” ASC-nin digər səhmdarlarına həmin məbləği şirkətin “Zaminbank”dakı hesabında olan eyni məbləğlə əvəzləşdirmək təklif olunub. Amma bankın öhdəliklərinin yerinə yetirilməsini tezləşdirmək üçün onu müflis elan etdirdik və vəziyyət dəyişdi. İndi sığorta şirkəti həmin məbləği bizə məcburi ödəməlidir”, - deyə A.Cavadov qeyd edib.
AzVision.az