İran şirkəti Bakıya uçuşlara başlayır

İran şirkəti Bakıya uçuşlara başlayır
  07 Oktyabr 2016    Oxunub:2111
İranın “Mahan Air” aviaşirkəti oktyabrın 31-dən etibarən Tehran-Bakı-Tehran marşrutu üzrə müntəzəm uçuşlara başlayır.
Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası müvafiq icazəni sözügedən aviaşirkətin uçuşları həftədə 3 dəfə yerinə yetirmək sorğusundan sonra verib.

Uçuşların həftədə 3 dəfə - çərşənbə axşamı, çərşənbə və bazar günləri “Airbus A310” layneri ilə yerinə yetirilməsi planlaşdırılır.

Qeyd edək ki, "Azərbaycan Hava Yolları" və ATA Airlines aviaşirkətləri də Tehrana uçuşlar həyata keçirir.

AzVision.az


Teqlər:





Xəbər lenti