Azərbaycan Dəmir Yollarının 136 illiyinə həsr olunmuş jurnal çıxdı
Jurnalın pdf variantını BURADAN oxumaq olar.
“1880-ci ildən bu günə” jurnalında Azərbaycan Dəmir Yollarının yarandığı gündən bu günə kimi qət etdiyi yoldan bəhs edilib.
Jurnal 2 dildə - Azərbaycan və İngilis dillərində buraxılıb. Bu jurnal satış üçün nəzərdə tutulmayıb.
Analitik jurnalın “Azərbaycan Dəmir Yolları”nın bütün qatarlarında oxuculara çatdırılması nəzərdə tutulub. Yəni hər bir vaqona bu jurnaldan yerləşdiriləcək.
Qeyd edək ki, jurnalın baş redaktoru Sevinc Qədirovadır. Xatırladaq ki, bu “Azərbaycan Dəmir Yolları”nın nəşr etdiyi jurnalın ilk sayıdır.
Teqlər: