`Note 7`-nin istehsalı dayandı
Samsung məhsullarının xətalı olması səbəbi ilə alışan telefonları dəyişdirmək qərarı almışdı. Buna görə ötən ay 2,5 milyon telefionu geri çağırılmışdı. Ancaq yeni telefonlarda da yanğın riskinin olduğu və təhlükəsiz olmadığı bəlli olub.
Qeyd edək ki, `Galaxy Note 7` telefonlarının yanması səbəbi ilə ondan təyyarələrdə istifadə edilməsinə qadağa qoyulub. “Samsung” bu smartfonu ilk olaraq avqustda təqdim edib. O zaman smartfon “Android” bazasında ən yaxşı telefonlardan biri adlandırılıb. Bu smartfon “Apple” şirkətinin istehsal etdiyi “iPhone7”-nin əsas rəqibi olmalı idi.
Aytən Zəhra
AzVision.az