`Siyasi cəhətdən qeyri-stabil ölkələr neftlə zəngindir`
Nazir bildirib ki, enerji qaynaqları və enerjinin ixracat yolları sabitliyə xidmət edə bilər: “Siyasi baxımdan qeyri-stabil olan ölkələrə baxsaq, həmin ölkələrin enerji qaynaqları ilə zəngin olduğunu görərik. Bu gün enerji qaynaqları ilə bərabər, enerji resurslarının təhlükəsiz daşınması da böyük əhəmiyyət kəsb edir.
Türkiyə bu sahədə çox önəmli rol oynayır. Türkiyə bu sahədə qarşılıqlı fayda və bu fəaliyyətin bölgədə sabitliyə xidməti etməsi prinsiplərindən çıxış edir. Türkiyə bölgədə sabitliyə xidmət edən hər bir layihəyə dəstək verəcək. Enerji layihələri bölgədə və dünyada problemlərin çözülməsində, barışın təmin olunmasında önəmli rol oynayacaq. Bunun üçün qaynaqları ədalətli şəkildə paylaşmalıyıq”.
İlkin Nəcəfzadə
AzVision.az