İstanbul forumu neftin qiymətini qaldırdı

İstanbul forumu neftin qiymətini qaldırdı
  10 Oktyabr 2016    Oxunub:1386
İstanbulda keçirilən Beynəlxalq Energetika Forumunda neft hasilatçısı olan ölkələrin prezidentləri tərəfindən hasilatın azaldılması ilə bağlı səsləndirdikləri açıqlamalardan sonra neftin qiyməti kəskin artıb.
AzVision.az xəbər verir ki, beynəlxalq birjalarda "Brent" markalı neftin qiyməti 2,5% artaraq 53 dollar/barel həddini ötüb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin və Venesuelanın Prezidenti Nikolas Maduro neft hasilatını azalda biləcəklərini vurğulayıb.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti