`Dəyişikliklərə operativ cavab verməliyik` - SOCAR prezidenti
R.Abdullayev əlavə edib ki, neftin qiyməti düşəndə bəzi şirkətlər enerji layihələrinin reallaşdırılmasını dayandırdı. Ancaq SOCAR əksinə 45 milyardlıq Cənub Qaz Dəhlizi layihəsini dayandırmadı: `İndi bir çox layihə dayandırılıb. Başqalarından fərqli olaraq, Azərbaycan və Dövlət Neft Şirkəti qiymətlərin düşdüyü bir vaxtda böyük layihələrin başlanğıc dönəmində idi. Bu, yalnız kommersiya layihələri deyil, həmçinin Avropanın enerji təhlükəsizliyini təmin edən layihələrdir.
Bu, “Şahdəniz-2” layihəsi, Cənub Qaz Dəhlizi ilə Avropaya alternativ qazın gətirilməsi kimi məsələlər idi. Biz çox düşündük və qərar qəbul olundu ki, bu layihələri davam etdirək. Bu gün 45 milyard dollar dəyərində olan layihənin 2013-cü ildə icrasına qərar verildi və həm Azərbaycanda “Şahdəniz” yatağında, həm də boru xətlərində görülən işlər - Bakıdan Gürcüstan və Türkiyəyə gedən Cənub Qaz Boru Kəməri, TANAP və TAP layihələri uğurla həyata keçirilir. Çətinliklərə baxmayaraq, Azərbaycan, Türkiyə, Gürcüstan və digər dövlətlər layihələrin icrasına dəstək verib. Neftin qiymətinin aşağı olmasına baxmayaraq layihələr uğurla icra edilir`.
AzVision.az