Əmanətçilərə 285 milyondan çox pul verilib
12 oktyabr 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 091 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 955 min 721 manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119 milyon 977 min manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 145 milyon 024 min manatdan artıq kompensasiya ödənilib.
Bu gün QSC “Bank Standard” KB-nin qorunan əmanətçilərinə 20 milyon 452 min manatdan artıq kompensasiya ödənilib.
Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 285 milyon 647 min manatdan artıq kompensasiya ödənilib.
AzVision.az
Teqlər: