Əmanətçilərə nə qədər pul verilib?

Əmanətçilərə nə qədər pul verilib?
  15 Oktyabr 2016    Oxunub:1894
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.
Fonddan AzVision.az-a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 345,755 mln. manat ödənilib.

Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 32,82 mln. manat, “Zaminbank” ASC - 50,922 mln. manat, “Kredobank” ASC - 17,977 mln. manat, “Dekabank” ASC - 2,850 mln. manat, “Atrabank” ASC - 13,899 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC - 1,846 mln. manat, “Bank of Azerbaijan” ASC - 24,091 mln. manat, “Gəncəbank” ASC - 969 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçiləri 119,977 mln. manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 80,399 mln. manat kompensasiya alıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti