Dövlət Statistika Komitəsindən
AzVision.az-a verilən məlumata görə, əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 3403,6 manat təşkil edərək ötən ilə nisbətən 7,4 faiz artıb. Bu dövr ərzində gəlirlərin 78,6 faizi son istehlak xərclərinə, 9,2 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 9,6 faizi isə yığıma yönəldilib. Əhalinin sərəncamında qalan gəlirlər 29735,4 milyon manat olub.
AzVision.az