`Qışda qaz problemi olmayacaq`- Rövnəq Abdullayev

`Qışda qaz problemi olmayacaq`- Rövnəq Abdullayev
  18 Oktyabr 2016    Oxunub:2157
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ölkədə təbii qaz qıtlığının yaranması, mavi yanacağın təzyiqinin aşağı olması ilə bağlı deyilənlərə münasibət bildirib.
AzVision.az-ın məlumatına görə, SOCAR prezidenti Rövnəq Abdullayev deyib ki, qışda Azərbaycanın qazla təminatında heç bir problem olmayacaq.

"15 gün əvvəldən SOCAR idarələrində qışa hazırlıq prosesi müzakirə edilib. Bir neçə günə qış rejiminə keçməyə hazır olacağıq. Keçən ildən anbarlarda qaz ehtiyatı toplanıb. İntensiv yağışlar zamanı qaza artan tələbat müvəqqəti idi. Havalar qəflətən soyuduğu kimi, istiləşə də bilər.

Mən müşahidə etmişəm ki, havalar soyuyan kimi, insanların qaza tələbatı artır və mavi yanacaq vasitəsilə evləri qızdırırlar. Amma hava istiləşəndə insanlar mənzilin qızmasına baxmayaraq qaz sobalarını söndürmür, əksinə pəncərəni açırlar".

AzVision.az


Teqlər:  





Xəbər lenti