`İxrac olunan məhsul çeşidləri artıb` - Nazir

`İxrac olunan məhsul çeşidləri artıb` - Nazir
  19 Oktyabr 2016    Oxunub:1888
2016-cı ilin 9 ayında xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı 2 dəfə, tərəfdaş ölkələr 18 faiz, ixrac olunan məhsul çeşidləri isə 12 faiz artıb.
Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev oktyabrın 19-da Bakıda "Qeyri-neft ixracı: Bu günün çağırışları və yeni imkanlar" mövzusunda keçirilən konfransda deyib.

Nazir qeyd edib ki, qeyri-neft ixracının 54 faizi MDB üzvü olan dövlətlərin və Gürcüstanın, 36 faizi Türkiyə, İsveçrə, İran, Çin, Almaniya, İtaliya, 11 faizi isə digər ölkələrin payına düşür.

AzVision.az


Teqlər:





Xəbər lenti