Əmanətçilərə 460 milyon pul verilib

Əmanətçilərə 460 milyon pul verilib
  19 Oktyabr 2016    Oxunub:1710
Əmanətlərin Sığortalanması Fondu tərəfindən oktyabrın 18-də "Parabank" ASC-nin qorunan əmanətçilərinə 32 milyon 820 min manat, "Zaminbank" ASC-nin əmanətçilərinə 50 milyon 976 min manat, "Kredobank" ASC-nin əmanətçilərinə 18 milyon 070 min manat və "Dekabank" ASC-nin əmanətçilərinə 2 milyon 850 min manatdan artıq kompensasiya ödənilib.
Əmanətlərin Sığortalanması Fondundan AzVision.az-a bildiriblər ki, 4 bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 104 milyon 716 min manatdan artıqdır.

Eyni zamanda, "Atrabank" ASC-nin və "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə ümumilikdə 15 milyon 812 min manatdan artıq kompensasiya ödənilib ki, bunun da 13 milyon 936 min manatı "Atrabank"ın, 1 milyon 876 min manatı "Qafqaz İnkişaf Bankı"nın payına düşür.

"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 milyon 091 min, "Gəncəbank" ASC-nin əmanətçilərinə 969 min manat, "Texnikabank" ASC-nin əmanətçilərinə isə 119 milyon 977 min manatdan artıq kompensasiya ödənilib. Üç bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 145 milyon 038 min manatdan çoxdur.

Eyni zamanda, Əmanətlərin Sığortalanması Fondu "Bank Standard" Kommersiya Bankının qorunan əmanətçilərinə 195 milyon 423 min manatdan artıq kompensasiya ödəyib.

Ümumilikdə, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 10 bank üzrə 460 milyon 889 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti