Azərbaycanda yeni unikal bərələr tikiləcək
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev yeni unikal Ro-Pax/Bərə tipli gəminin tikintisi barədə məlumat verib, gəminin parametrlərini diqqətə çatdırıb.
İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, yeni gəmi ilə sərnişin, vaqonlar və avtomobillər daşınacaq.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev qeyd edib ki, Bakı Gəmiqayırma Zavodunun fəaliyyəti müsbət qiymətləndirilməlidir. Bu cür unikal konsepsiyaya malik və Xəzərdə ilk olan yeni Ro-Pax/Bərə tipli gəmilərin tikintisi üzrə sifarişin məhz Bakı Gəmiqayırma Zavodunda yerləşdirilməsinin çox sevindirici hal olduğunu bildirib. Bu sifariş Azərbaycanda gəmiçilik sahəsi üçün strateji əhəmiyyətə malikdir və yalnız Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin donanmasının yenilənməsi üçün deyil, eyni zamanda Azərbaycanda yerli gəmiqayırma təcrübəsinin zənginləşməsi üçün çox mühüm bir hadisədir.
AzVision.az