Mərkəzi Bank 6 milyonluq notlar buraxacaq
Bu barədə AzVision.az-a Palatadan bildiriblər.
Məlumatda qeyd olunur ki, Palata cari hesabat ilində emissiyası nəzərdə tutulan hər birinin nominal dəyəri 100 manat olan 6 mln. ədəd qısamüddətli notların emissiya prospektini 52S nömrəsi ilə dövlət qeydiyyatına alıb.
Bundan başqa, qurum AMB-nin hər birinin nominal dəyəri 100 manat olan 500 min ədəd dövlət qısamüddətli notlarının buraxılışını 50100152S nömrəsi ilə dövlət qeydiyyatına alıb.
Sözügedən notların tədavül müddəti 28 gündür.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


