OPEC-in Vyana görüşü başa çatıb

OPEC-in Vyana görüşü başa çatıb
  29 Oktyabr 2016    Oxunub:2334
OPEC-ə üzv ölkələrin bu gün Vyanada keçirdikləri texniki görüş başa çatıb.
TASS xəbər verir ki, danışıqlar sabah davam etdiriləcək.

Qeyd edək ki, bugünkü görüş 11 saatdan çox davam edib. Məlumata görə, görüşdə İraq və İran OPEC-in onların hasilat səviyyələrini düzgün qiymətləndirmədiyini və öz hasilatlarını dondurmaq ilə razılaşmadıqlarını bəyan ediblər.

Oktyabrın 29-da OPEC-ə üzv olmayan, lakin hasilatın məhdudlaşdırılması ilə bağlı danışıqlara qoşulan ölkələrin iştirakı ilə məsləhətləşmələr aparılacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti