Deputatlarımız Avronest-in iclasına gedir

Deputatlarımız Avronest-in iclasına gedir
  29 Oktyabr 2016    Oxunub:1526
Oktyabrın 31-də və noyabrın 1-də Avronest Parlament Assambleyasının Siyasi məsələlər, insan hüquqları və demokratiya, Sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitələrinin iclasları keçiriləcək.
Milli Məclisdən AzVision.az-a verilən məlumata görə, iclaslarda Milli Məclisin deputatları Rasim Musabəyov və Məlahət İbrahimqızı iştirak edəcəklər.

Komitələrdə Avropa İttifaqı və Şərqi Avropanın tərəfdaş ölkələrində media azadlığının və inteqrasiyanın təminatı haqqında, həmçinin tərəfdaş ölkələrdə əmək bazarında qadınların vəziyyəti barədə hesabat layihələri, komitələrin 2017-ci il üçün fəaliyyət planı və digər məsələlər müzakirə ediləcək.

Səfər çərçivəsində Ukraynanın baş naziri, Ali Radanın sədri, xarici işlər naziri və digər rəsmi şəxslərlə görüşlər də nəzərdə tutulub.

Deputatlar müzakirə olunacaq məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcəklər.

AzVision.az


Teqlər:





Xəbər lenti