Vergidən büdcəyə 5 milyardlıq xeyir

Vergidən büdcəyə 5 milyardlıq xeyir
  08 Noyabr 2016    Oxunub:1546
2016-cı ilin yanvar-oktyabr ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 5 milyard 707 milyon 128,0 min manat vəsait daxil olub, proqnoz tapşırığına 100,1 faiz əməl edilib.
Nazirliyin analitik-informasiya şöbəsindən AzVision.az–a verilən xəbərə görə, qeyri-neft-qaz sektoru üzrə büdcəyə 4 milyard 310 milyon 845,0 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 247 milyon 477,8 min manat çoxdur.

Cari ilin yanvar-oktyabr aylarında respublika üzrə 105 605 vergi ödəyicisi qeydiyyata alınıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti