ABŞ-da etirazlar səngimir - 211 nəfər tutulub

ABŞ-da etirazlar səngimir - 211 nəfər tutulub
  12 Noyabr 2016    Oxunub:1560
Donald Trampın prezident seçilməsinin əleyhinə olan şəxslər artıq üçüncü gündür ki, ABŞ-ın bir sıra şəhərlərində etiraz aksiyaları keçirir.
AzVision.az “Reuters”-ə istinadən xəbər verir ki, Trampın immiqrant, müsəlman və qadınlara qarşı ritorikasından narazı qalan şəxslər gecənin düşməsi ilə şəhər keçələrinə axışıb, etirazlarını bildiriblər.

Agentliyin məlumatına görə, etirazlar Nyu-York, San-Fransisko, Filadelfiya, Portlənd, Vaşinqton və Los-Ancelesdə olub.
keçirilib.

Atlantada etirazçılar ABŞ bayrağını yandırıblar. Portlənddə isə etirazçılar polis maşınlarını daş qalaq ediblər. Bu şəhərdə ən azı 26 nəfər, Los-Ancelesdə isə əsasən yolları bağlayan 185 nəfər tutulub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti