Gəmilər neçəyə alınıb? - Caspian Marine Services-dən açıqlama

Gəmilər neçəyə alınıb? - Caspian Marine Services-dən açıqlama
  14 Noyabr 2016    Oxunub:4852
2016-cı ilin noyabr ayında Caspian Marine Services şirkəti tərəfindən Almaniyanın ER Offshore şirkətindən, hər birinin satış qiyməti təxminən 6 milyon ABŞ dolları olmaqla, E.R.Stavanger & E.R. Aalesund adlı iki ədəd platformaların təchizat gəmilərin (PSV – Platform Supply Vessel) alınmasına dair bir sıra kütləvi informasiya vasitələrində (KİV) məlumatlar dərc olunub.

Caspian Marin Servisez Limited şirkəti bildirir ki, KİV-lərdə dərc olunmuş materiallarda bir sıra məqamlar nəzərə alınmayıb. Belə ki, tərəflər gəmilərin alqı-satqısına dair hələki yalnız ilkin razılığa gəliblər. Bu sövdələşmənin tam həyata keçirilməsi istiqamətində danışıqlar aparılır və bir sıra məqamların razılaşdırılmasına ehtiyac duyulur. Anlaşma əldə olunarsa, gəmilərin Xəzər dənizinə çatdırılması üçün müəyyən işlərin görülməsinə ehtiyac yaranacaq.

Sözügedən gəmilər bir ildən artıq müddətdir ki, saxlanma vəziyyətinə keçirilib və heç bir əməliyyatlara cəlb olunmayıb. Buna görə də bütün maşın və mexanizmlər sazlanıb işlək vəziyyətə gətirilməlidir. Digər tərəfdən, müvafiq gəmiçilik registri tərəfindən müəyyən edilmiş gəmilərin baş mühərriklərinin icbari cari təmir vaxtı yaxınlaşmaq üzrədir. Odur ki, registrin tələb etdiyi bütün bu kimi işlər müəyyən olunub yerinə yetirilməlidir.

Həmçinin, bu tip gəmilərin Volqa-Don su kanalı vasitəsilə Xəzər dənizinə gətirilməsi və kanal boyunca nəqliyyat körpülərinin altından maneəsiz keçirilməsi üçün kapitan körpüsü və dirəklərin sökülməsi, elektrik, kommunikasiya və digər xətlərin kəsilib işarələnməsi məcburiyyəti ilə üzləşməli olursan. Gəmilərin hissələrini yedək və bərələrlə Xəzərə dənizinə çatdırıldıqdan sonra isə kəsilmiş və ayrılmış hissələr müvafiq qaydada birləşdirilib bərpa olunmalıdır. Göründüyü kimi, gəmiləri tam işlək vəziyyətə çardırmaq üçün bir sıra mühüm və texniki cəhətdən mürəkkəb işlər görülmədir. Bu isə həm vaxt, həmdə ki xeyli maliyyə vasaiti tələb edir. Onud a qeyd etmək istərdik ki, qış ayları boyunca Volqa-Don kanalı donduğu üçün, gəmilərin 4 ay müddəıtində Türkiyədə saxlanılması gözlənilir.

Düzdür, CMS şirkətinin rəhbərliyi aparılmış uğurlu danışıqlar nəticəsində gəmilərin aşağı qiymətlə alınmasına nail olub, lakin yuxarıda qeyd olunan işləri nəzərə alsaq, ilkin hesablamalara görə, gəmilərin hər birinin yekun dəyəri 10.5 milyon ABŞ dollarından aşağı olmayacaq. Şirkət gəmilərin eyni zamanda Xəzərdən kanar sularda üzməsini də nəzərdə tutur.


Teqlər:  





Xəbər lenti