Savçenko deputatları `qoyun` adlandırdı

Savçenko deputatları `qoyun` adlandırdı
  16 Noyabr 2016    Oxunub:1428
Ali Radanın deputatı, Donbassda iki rusiyalı jurnalistin qətlinə görə vaxtilə məhkum edilmiş keçmiş pilot Nadejda Savçenko öz həmkarlarını “qoyun” adlandırıb.

Buna səbəb Ali Rada üzvlərinin Savçenkonun təqdim etdiyi qanun layihəsinə dəyişikliklərlə çıxış etmələridir.

Keçmiş pilotin sözlərinə görə, ukraynalı siyasətçilər heç nəyi dəyişmək istəmirlər, çünki tənbəldirlər və indiki sistem onları qane edir. “Siz siyasi spekulyasiyalar edir və hamıya göstərirsiniz ki, qoyunsunuz”,- deyə keçmiş hərbçi həmkarlarına xitab edib.

Yada salaq ki, Savçenko bundan qabaq da hakimiyyəti tənqid edib və növbədənkənar parlament seçkilərinin keçirilməsinə çağırıb.

Samir
AzVision.az


Teqlər:





Xəbər lenti