Əmanətçilərə 698 milyon ödənilib

Əmanətçilərə 698 milyon ödənilib
  17 Noyabr 2016    Oxunub:1867
Əmanətlərin Sığortalanması Fondu tərəfindən 16 noyabr 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 42 milyon 810 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 52 milyon 256 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 milyon 005 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 milyon 021 min manatdan artıq kompensasiya ödənilib.
Fonddan AzVision.az-a verilən məlumata görə, 4 bank üzrə ümumilikdə 125 milyon 094 min manatdan artıq kompensasiya verilib.

Qeyd olunub ki, noyabrın 16-da “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 193 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 880 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 16 milyon 073 min manatdan artıq kompensasiya verilib.

Noyabrın 16-da “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 147 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 975 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120 milyon 080 min manatdan artıq kompensasiya ödənilib.

“Bank Standard” KB-nin qorunan əmanətçilərinə 412 milyon 517 min manat artıq kompensasiya verilib. Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 698 milyon 890 min manatdan artıq kompensasiya verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti