9 ayda 144 min yeni iş yeri açılıb
Daimi iş yerlərinin 9,8 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 22,6 faizi mövcud müəssisə və təşkilatlarda, 0,8 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 66,8 faizi isə fərdi sahibkarlıq subyektləri tərəfindən yaradılıb.
Eyni zamanda, daimi iş yerlərinin 5,9 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi tikinti, 4,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 3,0 faizi emal sənayesi, 3,0 faizi su təchizatı; tullantıların təmizlənməsi və emalı, 1,8 faizi peşə, elmi və texniki fəaliyyət, 1,4 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 1,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 7,5 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.
AzVision.az
Teqlər: