`Azərbaycana dəstək olacağıq` - Malena Mard
Təlimin və Aİ ilə əməkdaşlığın əhəmiyyətindən danışan Bakı Limanının Baş direktoru Taleh Ziyadov qeyd edib ki, Bakı Limanı və ATZ-nin qurulması Avropa İttifaqına daxil olan ölkələrlə ticarət dövriyyəsinə ciddi təsir göstərəcək. Belə ki, nəqliyyat, logistika, İKT, kənd təsərrüfatı və sair sahədə ixtisaslaşan Avropa şirkətlərinin ATZ-dən faydalanması, özündə böyük bazarlara çıxışı ihtifa edən zonada istehsal sahələrinin qurulmasını mümkün edəcək. Taleh Ziyadov vurğulayıb ki, nəzərdə tutulan işlərin reallaşdırılması cənab Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı, yeni elm tutumlu istehsalların yaradılması və regionların inkişafına dair siyasətinin bir hissəsidir.
Təlimin açılışında çıxış edən Avropa İttifaqının Azərbaycandakı səfiri xanım Malena Mard bildirib ki, sözügedən layihə 1 il müddətində icra olunaraq, Bakı Limanına Aİ-nin qabaqcıl təcrübəsinin tətbiqinə dəstək göstərəcək. Xanım Səfir həmçinin 25-26 may tarixlərində Bakıda keçirilən uğurlu TAIEX tədbirindən danışaraq, Bakı Limanının Aİ ilə əməkdaşlıqda böyük perspektivlərin olduğunu vurğulamış hazırda gələcək layihələr üzərində işlərin aparıldığını bildirub.
O, qeyd edib ki, Aİ Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması üçün ölkəyə dəstək olacaq: “Avropa İttifaqı dünyada mövcud olan beynəlxalq təcrübəni Azərbaycana gətirməyi nəzərdə tutur. Bakı limanının inkişafına dəstək vermək üçün beynəlxalq və yerli ekspertlərdən ibarət işçi qrupu yaradılacaq”, - deyə M.Mard əlavə edib.
Tədbirdə çıxış edən Texniki Yardım layihəsinin rəhbəri Toni Restall Yeni Bakı Limanın və Ələt Azad Ticarət Zonasının əməliyyat imkanlarının yaxşılışdırılmasına dəstək mövsuzunda təqdimat edib. Qeyd edək ki cənab Restall Development Services International, Ltd-nin Prezidentidir və eyni zamanda Azad Zona və İqtisadi İnkişaf üzrə beynəlxalq səviyyəli ekspertdir.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: