ABŞ-ın xam neft ehtiyatı azalıb

ABŞ-ın xam neft ehtiyatı azalıb
  24 Noyabr 2016    Oxunub:1461
ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 1,3 milyon barrel (0,3 faiz) azalaraq 489 milyon barrelə geriləyib.
Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb. Bazar proqnozları isə ehtiyatların 0,7 milyon barrel artacağı istiqamətində idi. Əvvəlki həftə xam neft ehtiyatları 5,3 milyon barrel artmışdı.

ABŞ-ın strateji neft ehtiyatları isə dəyişməyərək sözügedən həftə 695,1 milyon barreldə qalıb. Həmin dövrdə ölkənin xam neft hasilatı əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 9 min barrel artaraq 8,69 milyon barrelə yüksəlib.

Ölkənin xam neft idxalı qeyd edilən həftədə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 845 min barrel azalaraq 7,58 milyon barrelə çatıb. ABŞ-ın həftəlik benzin ehtiyatları isə sözügedən həftədə 2,3 milyon barrel (1 faiz) artaraq 224 milyon barrel olub.

AzVision.az


Teqlər:





Xəbər lenti