Natiq Əliyev OPEC-in iclasına gedir
Xatırladaq ki, 28 sentyabr tarixində OPEC-ə üzv ölkələrin Əlcəzairdə keçirilən qeyri-formal görüşündə gündəlik neft hasilatının 32,5 - 33 mln. barel səviyyəsində dondurulması barədə ilkin razılıq əldə edilib, oktyabrın 29-da isə Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və üzv olmayan ölkələrinin Əlcəzair sazişinin həyata keçirilməsi üzrə Yüksək səviyyəli Komitəsinin I iclası keçirilib.
Yekun qərarın noyabrın 30-da OPEC-in Nazirlər Şurasının iclasında qəbul edilməsi üçün Əlcəzair sazişində qeyd olunan rəqəmin üzv dövlətlər arasında bölüşdürülməsi, “Yol xəritəsi”nin müəyyənləşdirilməsi barədə razılıq əldə olunması məqsədilə Yüksək Səviyyəli Komitənin II iclasının keçirilməsinə qərar verilib.
AzVision.az