Əmanətçilərə 711 milyon kompensasiya ödənilib

Əmanətçilərə 711 milyon kompensasiya ödənilib
  26 Noyabr 2016    Oxunub:1935
Əmanətlərin Sığortalanması Fondu tərəfindən “Parabank” ASC-nin qorunan əmanətçilərinə 42 milyon 868 min manat (ümumi kompensasiya öhdəliyinin 98 %-i ), “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 52 milyon 334 min manat (ümumi kompensasiya öhdəliyinin 72%-i), “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 milyon 192 min manat (ümumi kompensasiya öhdəliyinin 97%-i) və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 milyon 021 min manatdan (ümumi kompensasiya öhdəliyinin 96 %-dən artıq) artıq kompensasiya ödənilib.
Fonddan AzVision.az-a verilən məlumata görə, 4 bank üzrə ümumilikdə 125 miyon 415 min manatdan artıq kompensasiya ödənilib.

25 noyabr 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 218 min manat (ümumi kompensasiya öhdəliyinin 97 %-dən artıq), “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 928 min manatdan (ümumi kompensasiya öhdəliyinin 92 %-i) artıq kompensasiya ödənilmişdir. 2 bank üzrə ümumilikdə 16 milyon 146 min manatdan artıq kompensasiya ödənilib.

25 noyabr 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 147 min (ümumi kompensasiya öhdəliyinin 97 %-i), “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 975 min manat (yəni ümumi kompensasiya öhdəliyinin 94 %-i), “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120 milyon 081 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98 %-i) kompensasiya ödənilmişdir. 3 bank üzrə ümumilikdə 145 milyon 205 min manatdan artıq kompensasiya ödənilib.

25 noyabr 2016-cı il tarixdə QSC “Bank Standard” KB-nin qorunan əmanətçilərinə 424 milyon 791 min manatdan artıq kompensasiya ödənilmişdir. Belə ki, ümumi kompensasiya öhdəliyinin 96%-i əmanətçilərə ödənib.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 711 milyon 557 min manatdan artıq kompensasiya ödənilib.

AzVision.az


Teqlər:





Xəbər lenti