`Xarici borcun artacağı qaçılmazdır` - Samir Şərifov
Nazir bildirib ki, bu həm xarici, həm də daxili borcun Ümumi Daxili Məhsulda (ÜDM) nisbətinin daha da artmasına gətirib çıxara bilər:
“Digər tərəfdən qeyd olunmalıdır ki, iri transmilli layihələrin həyata keçirilməsinin maliyyələşdirilməsində Azərbaycanın iştirakı ölkənin xarici borclanmaya gedilməsini labüd edir.
Burada söhbət əsasən Cənub Qaz Dəhlizi layihəsindən gedir. Bu borclanmanın geri qaytarılması həmin layihə hesabına nəzərdə tutulsa da, layihə üzrə dövlət zəmanətlərinin verilməsi nəticə etibarı ilə xarici dövlət borcunun artmasını qaçılmaz edəcək”.
Anar Kəlbiyev
AzVision.az