Nazir işıq və qaz pulundan danışdı - `Prezident tapşırıq verib`
Nazir bildirib ki, 2017-ci il dövlət büdcəsinin Milli Məclisə təqdim olunmuş layihəsində nəzərdə tutulmuş gəlirlər üzrə daxilolmaların artacağı proqnozlaşdırılır:
“Həmin artımın əhəmiyyətli hissəsi prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinə yönəldiləcək. Bununla əlaqədar “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində müvafiq dəyişikliklərin edilməsi, həmçinin “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarı haqqında” qanun layihəsində dəyişiklik edilməklə, ünvanlı sosial yardımın tətbiq edilməsi məqsədilə 2017-ci il üçün ehtiyac meyarının həddinin 10,5% artırılaraq 105 manatdan 116 manata çatdırılması nəzərdə tutulur”.
Anar Kəlbiyev
AzVision.az