Baş bankirdən manat açıqlaması: `Çətin dövrlərdə yaşamışıq`
Mərkəzi Bankın sədri bildirib ki, büdcə layihəsinin hazırlanmasına böyük əmək sərf olunub: “Mən hakimiyyətdə uzun müddət çalışan bir insan kimi o fikirlə razılaşıram ki, 2017-ci ilin büdcəsi vergi siyasəti, o cümlədən bütövlükdə makroiqtisadi siyasət çərçivəsi mürəkkəb şəraitdə formalaşıb. Lakin mən buna ən mürəkkəb deməzdim. Çünki biz 90-cı illərdə çətin dövrlərdə yaşamışıq".
Baş banki həmçinin diqqətə çatdırıb ki, Azərbaycan Mərkəzi Bankı bu ilin fevral ayından valyuta bazarına intervensiyanı dayandırıb. Onun sözərinə görə, manatın öz dəyərini tapması üçün məzənnənin müəyyən səviyyədə idarəedilmə siyasəti mövcuddur.
“Hazırda üzən məzənnənin əsas prinsipləri gözlənilir. Biz bu gün idarəetməni götürəcəyimiz təqdirdə manatın məzənnəsində nə baş verə biləcəyinə əmin deyilik. Bizim gördüyümüz işlər 2017-ci ildə makroiqtisadi sabitliyin möhkəmlənməsi, manatın məzənnəsinin arzu olunan səviyyədə sabitləşməsi, qiymətlərin sabitliyi, inflyasiyanın azaldılmasına hədəflənib. Bundan sonra inkişafa keçmək üçün kifayət qədər imkan olacaq”.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: