Neftin qiyməti kəskin bahalaşır

Neftin qiyməti kəskin bahalaşır
  02 Dekabr 2016    Oxunub:2835
Dünya bazarlarında neftin qiyməti bahalaşmaqda davam edir.
AzVision.az xəbər verir ki, ICE London birjasında Brent markalı neftin bir barelinin qiyməti 4,18% bahalaşaraq 54,1 dollara satılıb.

Sonuncu dəfə Şimal dənizi neft qatışığının qiyməti 2015-ci ilin oktyabr ayında 54 dollarlıq həddi keçmişdi.

Qeyd edək ki, OPEK-in bu gün Vyanada keçirilən sammitində təşkilata daxil olan ölkələrin ümumi neft hasilatının gündəlik 1,2 mln. barel azaldılması barədə qərar qəbul edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti