`Əli Kərimli pul alsa, şeytanı da müdafiə edər`

`Əli Kərimli pul alsa, şeytanı da müdafiə edər`
  04 Dekabr 2016    Oxunub:2673
“Əli Kərimli ilə Xədicə İsmayılın “siyasi məhbus” alveri ilə məşğul olduğu hər kəsə bəllidir. Əli Kərimli indi də Cahangir Hacıyevi “siyasi məhbus” adlandırmağa hazırlaşır”.

Bu sözləri BAXCP sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, artıq bu məsələdə Xədicə İsmayılla Əli Kərimli arasında ciddi narazılıq yaranıb: “Son 10 gündə sosial şəbəkədə apardığım müşahidəni qeyd etmək istəyirəm. Əvvəlcə hər ikisi özlərinin tərtib və beynəlxalq təşkilatlara təqdim etdiyi “siyasi məhbus” siyahısında Nardaran qəsəbəsində həbs edilmiş və İran xüsusi xidmət orqanlarının ələ aldığı 60 nəfərə yaxın şəxsi “siyasi məbus elan etdilər. Bu, o demək idi ki, hər ikisi bu məsələdə kifayət qədər maddi gəlir əldə etmişdilər. Əks təqdirdə uzun illərdir özlərini “Qərbyönümlü” və “Amerikapərəst” adlandıran Əli Kərimli ilə Xədicə İsmayıl birdən-birə molla rejiminə qulluq edən Taleh Bağırzadə və ətrafını “siyasi məhbus” adlandırmazdı . İndi isə Beynəlxalq Bankın keçmiş rəhbəri, Azərbaycan xalqının milyardlarını oğurlamış Cahangir Hacıyevin ətrafında “siyasi məhbus” oynunu oyanayırlar. Acıq şəkildə görünür ki, Əli Kərimli Oktay Gülalayevı önə verməklə Cahangir Hacıyevi özlərinin hazırladığı “siyasi məhbus” siyahısına əlavə etmək istəyir. Bununla bağlı Oktay Gülalayev informasiya yayır ki, Cahangır Hacıyevin işini nəzarətə götürmüşük və araşdırırıq. Xədicə İsmayıl isə bunun əleyhinə olduğunu göstərir. Görünür, bu, məsələ də Xədicə İsmayıl hələ ki, razılığa gələ bilməyib. Ancaq o bəllidir ki, artıq Əli Kərimli Cahangir Hacıyevlə razılaşıb və ondan kifayət qədər maliyyə qopara bilib. İnanın ki, Əli Kərimli şeytandan da pul alıb, onu müdafiə edər”.


Teqlər:





Xəbər lenti