Natiq Əliyev OPEC-in Vyana görüşünə gedir
`Azərbaycan dünya neft bazarında tarazlığın və neftin qiymətinin artmasının təmin edilməsi məqsədilə aparılan məsləhətləşmələrdə yaxından iştirak etmiş, o cümlədən Rusiya Federasiyasnın energetika naziri Aleksandr Novakla Azərbaycan energetika naziri Natiq Əliyev arasında telefon danışıqları olmuş və rəsmi Bakı bu prosesə dəstəyini nümayiş etdirmişdir. Ümid edirik ki, OPEC və qeyri-OPEC ölkələrinin növbəti bu görüşü də əhəmiyyətli olacaq`.
Qeyd edək ki, noyabrın 30-da OPEC üzvü olan ölkələrin Vyana sammitində neft bazarında qiymətlərin sabitləşməsi məqsədilə hasilatın gələn ilin yanvarından 1,2 milyon barrel azaldaraq, 32,5 milyon barrel səviyyəsinə çatdırmaqla əlaqədar razılıq əldə olunub. Saziş kartelə daxil olmayan ölkələrin isə gündəlik hasilatı 600 min barrel azaltmalarını nəzərdə tutur.
İlkin Nəcəfzadə
AzVision.az