`Banklar dolları `qara bazar`a çıxarır` - Deputat
“Mərkəzi Bank uçort dərəcəsini 15%-ə qaldırıb. Pul -kredit siyasətini sıxmaq müəyyən problemlər yaradıb. Dövlət Neft Fondu və Mərkəzi Bankın hər həftə hərraca çıxardığı və bankların aldığı dollarlar bankların öz əlləri ilə müəyyən şəxslərin vasitəsilə ilə “qara bazar”a çıxarılır. Ona görə də hər gün dollar qalxdıqca banklar da dollar satışını rəsmi dayandırır və dolları “qara bazar”a buraxaraq külli miqdarda pullar qazanırlar. Niyə heç bir qurum “qara bazar”ın bahalaşması ilə bağlı ölçü götürmür. Xahiş edirəm, bu məsələyə ciddi yanaşaq. Əgər bu məsələ həllini tapmasa, maliyyə bazarında ciddi fəsadlar yaranacaq”.
V.Əhmədov əlavə edib ki, məhdudlaşdırılmış maliyyə siyasəti qəbuledilməzdir: "Məhdud maliyyə siyasəti qısamüddətli özünü doğrulda bilər. Amma uzunmüddətli ola bilməz. Stabilləşmə 1-2 il də gedə bilər, qeyri-neft sektorunu inkişaf etdirmək istəyiriksə, maliyyə siyasəti əhali ilə bağlı olmalıdır. Büdcə gəlirlərinin ÜDM-də payı iləbəil azalır. 2017-ci ildə bu göstərici 26%-ə düşüb. Gələn il qapalı təşkilatlara dövlət büdcəsinin 17%-i həcmində vəsaitin ayrılması nəzərdə tutulub. Çox təəəsüf ki, onlarda heç bir yoxlama keçirilmir. Həmin qapalı təşkilatlarda vəsaitlərin xərclənməsinə nəzarət həyata keçirsinlər".
Anar Kəlbiyev
AzVision.az