Vyana görüşü öncəsi neft bahalaşdı
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,007% artaraq 53,93 dollar olub.
Azərbaycan nefti isə əksinə cüzi ucuzlaşıb. “Azeri Light” markalı neftin 1 barelinin qiyməti 0,07 azalaraq 54,43 dollar təşkil edib.
Sabah 10 oktyabr tarixində Vyanada OPEC-ə üzv olmayan 14 ölkənin nümayəndələri hasilatın azaldılması ilə bağlı danışıqlara başlayacaq. Görüşdə quruma üzv ölkələrin sutkalıq hasilatın 600 min barrel azaldılmasına dair müzakirələrin aparılacağı gözlənilir. Rusiya isə öz növbəsində sutkalıq hasilatı 300 min barrel azaldacağı barədə bəyanat verib.
Lakin OPEC təşkilatına üzv olmayan ölkələrin keçirilməsi planlaşdırılan sammiti texniki səbəblərdən bir müddət ertələnəcəyi ilə bağlı bazarda şayiə yayıldı. Daha sonra Rusiya Energetika Nazirliyi tərəfindən görüşün planlaşdırıldığı tarixdə - dekabrın 10-da keçiriləcəyi təsdiqləndi.
İlkin Nəcəfzadə
AzVision.az