Əmanətçilərə 718 milyon kompensasiya ödənilib
Dekabrın 12-də “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 148 min (ümumi kompensasiya öhdəliyinin 97%-i), “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 975 min manat (yəni ümumi kompensasiya öhdəliyinin 94%-i), “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120 milyon 050 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98%i) kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 145 milyon 173 min manatdan artıq kompensasiya ödənilib.
Həmçinin QSC “Bank Standard” KB-nin qorunan əmanətçilərinə 430 milyon 277 min manatdan artıq kompensasiya ödənilib. Belə ki, ümumi kompensasiya öhdəliyinin 97%-i əmanətçilərə ödənilib. Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 717 milyon 726 min manatdan artıq kompensasiya ödənilib.
AzVision.az
Teqlər: