Beynəlxalq Banka yeni baş direktor təyin edildi

Beynəlxalq Banka yeni baş direktor təyin edildi
  15 Dekabr 2016    Oxunub:2436
Vasif Əhmədov Azərbaycan Beynəlxalq Bankının (ABB) yeni baş direktoru təyin edilib.
Bankdan AzVision.az -a verilən məlumatda deyilir ki, daha öncə bu vəzifədə Abbas Nəsibov (Bank Standard-ın İdarə heyətinin sabiq sədri) çalışıb. O, bu postu öz istəyi ilə tərk edib.

Hazırda ABB-də 3 baş direktor var - V.Əhmədovdan başqa, Hidayət Sultanov və Fuad İslamov da bu postu tuturlar.

Xatırladaq ki, V.Əhmədov bu təyinatadək "Atəşfah Sığorta" şirkətinin İdarə heyəti sədrinin birinci müavini vəzifəsində çalışıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti