`ABŞ Azərbaycanla yaxın dostdur` - Amos Hokstayn
Onun sözlərinə görə, ABŞ bu layihəni BTC qədər strateji layihə hesab edir və eyni əhəmiyyətə malik olduğunu düşünür: “Bu, Azərbaycan üçün vacibdir, eyni zamanda Avropada enerji və siyasi təhlükəsizliyi təmin edən layihələrdən biridir. Xəzər dənizinin enerji ehtiyatlarının Avropa bazarına çıxmasını istəyirəm.
ABŞ monopoliyanın əleyhinədir və istəmirik ki, dünyanın hansısa yerində monopolist ölkə başqa ölkələrin bazarına təsir göstərsin. Alıcı bazara sərbəst daxil olub qiymət əsasında təchizatçını seçməlidir”.
Hokştayn qeyd edib ki, Azərbaycan və ABŞ təkcə yaxın dost deyil, həm də strateji tərəfdaşlıq münasibətlərinə malikdir və bu münasibətlər bir çox sahələri əhatə edir.
Eldar Tanrıverdiyev
AzVision.az