ABŞ neftin qiymətinə təsir etmir – Rəsmi mövqe
AzVision.az xəbər ki, bunu ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi Amos Hokştayn Bakıda keçirdiyi mətbuat konfransında deyib.
Hokştaynın sözlərinə görə, dünya enerji bazarında təklif artımı müşahidə olunur və qiymətlər aşağı düşür: “Lakin qiymətlərin aşağı düşməsi ABŞ-ın istəyi deyil və bizim bazara müdaxiləmiz nəticəsində baş vermir. Məhz OPEC qiymətlərin dəyişməsinə təsir edən qurumdur. Bu təşkilatın üzvləri bir araya gələrək qiymət artımını təmin etmək üçün hasilatı azaltmaq barədə qərar veriblər".
Eldar Tanrıverdiyev
AzVision.az