`Korrupsiyanın yaranmasına bəzən auditorlar da cəlb olunur`
“Eyni zamanda sübut olunmuşdur ki, qanunsuz yollarla əldə edilmiş pulların və əmlakın leqallaşdırılmasının mümkünlüyü maliyyə hesabatlılığının dürüstlüyündən birbaşa asılıdır. Başqa sözlə, cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılmasına qarşı mübarizədə maliyyə hesabatlarının düzgün tərtib edilməsi və onun obyektiv qiymətləndirilməsi, qanunsuz və şübhəli əməliyyatlara nəzarətin təmin edilməsi, maliyyə institutlarının fəaliyyətində zəruri şəffaflığın olması mühüm əhəmiyyət kəsb edir ki, bu işdə də auditin potensial rolu və əhəmiyyəti çox böyükdür. Beynəlxalq təcrübədə məhz müstəqil auditor tərəfindən təsdiqlənmiş maliyyə hesabatlığının mövcudluğu qanunsuz yollarla əldə edilmiş pul vəsaitlərinin və əmlakın leqallaşdırılmasında və korrupsiyaya qarşı mübarizədə preventiv (qabaqlayıcı) xarakterli tədbir kimi dəyərləndirilir”.
O, qeyd edib ki, dünyada baş verən proseslər belə bir faktı etiraf etməyə məcbur edir ki, audit maraqlı tərəfləri fırıldaqçılıqdan və dələduzluqdan qoruya bilməməklə yanaşı, həm də bu və digər şirkətin gələcək uğurlarına lazımi dərəcədə təminat yaratmır: “Belə ki, baş verən iflas və ya bank-maliyyə qalmaqalları buna səbəb olan qurumların təmiz (müsbət) auditor rəyləri aldıqları bir şəraitdə baş verməsi üzə çıxır. Baş verən iqtisadi maliyyə böhranları onu da göstərdi ki, bir sıra hallarda korrupsiyanın yaranmasına və cinayət yolu ilə əldə edilmiş pulların və əmlakın leqallaşdırılmasına auditor xidməti göstərən şirkətlər və şəxslər də cəlb olunur. Başqa sözlə, bəzi vaxt auditorlardan və audit xidmətindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və əmlakın leqallaşdırılmasında bir vasitə kimi istifadə edirlər".
“Təəssüf ki, bizim bəzi üzvlərimiz tərəfindən müsbət rəy almış qurumlarda digər yoxlayıcılar tərəfindən ciddi maliyyə-mühasibat pozuntuları aşkarlanması hallarına da rast gəlinməkdədir. Bu isə yolverilməzdir və istər beynəlxalq audit standartlarının, istərsə də Peşə Etikası Məcəlləsinin tələblərinə tamamilə ziddir və auditor adı ilə bir araya sığmır”, - deyə V. Novruzov bildirib.
AzVision.az
Teqlər: